“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 55,6 min manat mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, BOKT-un mənfəəti 2018-ci ilə (54,5 min manat) görə, 2% və ya 1084 manat artıb.
Kredit təşkilatının 2019cu ildə faiz gəlirləri 298,5 min manat (27,4% və ya 64,2 min manat artım), faiz xərcləri 8,7 min manat (34,1% və ya 4,5 min manat azalma) olub.
Eyni zamanda BOKT kreditlərin dəyərsizləşməsi üzrə 60,2 min manat ehtiyat ayırıb.
Ötən il BOKT-un qeyri-faiz gəlirləri 2,3 min manat (3,2 dəfə və ya 1,6 min manat artım), qeri-faiz xərcləri 1,4 min manat (2018-ci ildə bu göstərici 0-a bərabər olub) olub.
Nəhayət, BOKT 2019-cu ildə 230,5 min manat əməliyyat gəliri əldə edib. BOKT-un əməliyyat gəliri 2018-ci ilə görə 6,6% və ya 16,4 min manat azalıb.
Qeyd edək ki, BOKT 2018-ci ili 246,9 min manat əməliyyat gəliri ilə başa vurmuşdu.
BOKT 15,4 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 55,6 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un 2019-cu ildə aktivləri 1 milyon 618,8 min manat (1% və ya 16,1 min manat azalma), kapitalı 1 milyon 460,9 min manat olub. (38,0% və ya 402,2 min manat artım), cəmi öhdəlikləri 157,8 min manat (72,6% və ya 418,4 min manat azalma) olub.
“Azmikroinvest” BOKT-unun öhdəliklərinin kəskin azalmasının səbəbi banklara olan borcların qaytarılmasıdır. Belə ki, BOKT-un 2018-ci ildə banklara borcu 571,1 min manat olub. 2019-cu ildə isə bu göstərici 140,8 min manata enib. “Azmikroinvest”in banklara borcu 1 il ərzində 75,4% və ya 430,4 min manat azalıb.
BOKT-un aktivlərində olan pul vəsaitləri və onların ekvivalentləri 2018-ci ilə nəzərən 8 dəfə və ya 185,3 min manat artıb. Belə ki, bu göstərici 2019-cu ildə 211,8 min manat, 2018-ci ildə 26,5 min manat olub. Bu qədər artıma baxmayaraq, BOKT-un cəmi aktivlərin azalmasına müştərilərə verilən kreditlərdə (183,9 min manat azalma) və əsas vəsaitlərdə (21,8 min manat azalma) olan azalması səbəb olub.
BOKT-un müştərilərə verdiyi kreditlərində 2018-ci ilə nəzərən azalma baş verib. Belə ki, BOKT 2019-cu ildə müştərilərə 1 milyon 277,5 min manat kredit verib. Bu 2018-cii ilə görə, 12,6% və ya 183,9 min manat azdır.
Xatırladaq ki, BOKT-un 2018-ci ildə müştərilərə verdiyi kreditlərin məbləği 1 milyon 461,4 min manat olmuşdu.