Azərbaycanın artıq aparıcı bank olmayan kredit təşkilatlarından (BOKT) birinə çevrilən «City Finance» BOKT bir il əvvəl BOKT-u satın alan qüdrətli səhmdarının - «AGA Group»un dəstəyi ilə sürətlə inkişaf etməyə başlayıb.
Eləcə də bax: “Kredaqro” BOKT-un xalis mənfəəti - KƏSKİN ARTIB
FED.az «City Finance» BOKT-un 2019-cu ilin nəticələri üzrə hesabatına istinadən xəbər verir ki, ötən il BOKT-un faiz gəlirləri 3,5 dəfə artaraq 337,7 min manat təşkil edib, faiz xərcləri isə olmayıb (2018-də 5092 manat idi).
Eləcə də bax: Azərbaycanda BOKT-ların - AKTİVLƏRİN DİNAMİKASI ÜZRƏ - RENKİNQİ – SİYAHI (2019)
Hesabat dövründə BOKT-un qeyri-faiz gəlirləri isə 11,3 dəfə artaraq 3,7 min manatdan 41,7 min manata yüksəlib.
İşçilər üzrə xərcər iki dəfə artaraq 104,7 min manat, ümumi inzibati xərclər isə 4 dəfə artaraq 172 min manatı keçib.
Ötən il BOKT vaxtı keçmiş kreditlər üzrə ehtiyat ayırmalarının 202 min manatın geri çəkib. Halbuki ötən il bu məqsədlə 32 min manat ayrılmışdı. 2019-cu ildə «City Finance» BOKT-un qeyri-faiz xərcləri ötən ilki 133 min manatdan, 81,7 min manata enib.
Nəticədə şirkət 2018-ci ili 39 min manat zərərlə başa vurduğu halda, 2019-cu ildə 297,7 min manat mənfəət əldə edib. Bu məbləğdən əvvəlki illərin zərəri – 181,3 min manat kompensasiya edilib. Nəticədə şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 116,3 min manat, 23,3 min manat vergi ödənişindən sonra isə xalis mənfəəti 93,1 min manat olub.
2019-cu ildə «City Finance» BOKT-un maliyyə göstəriciləri və dayanıqlığı xeyli yüksəlib.
Bu dövrdə BOKT-un cəmi aktivləri 22 dəfə artab. O cümlədən kredit portfeli 16,5 dəfə artaraq 5,1 milyon manata keçib. Eyni zamanda şirkətin öhdəlikləri 27 dəfə artaraq 55,4 min manatdan 1 milyon 510 min mianata yüksəlib. Bu BOKT-un səhmdarının şirkətə verdiyi borcdur.
2019-cu ilin sonunda BOKT-un əmi kapitalı 20 dəfə artaraq 3 milyon 866 min manata keçib.
O cümlədən nizamnamə kapitalı 10 dəfə artaraq 3 milyon 750 min manata yüksəlib. Yeri gəlmişkən, hazırda bu rəqəm 5 milyon manatdır.
Göründüyü kimi, 2019-cu ildə səhmdarlar «City Finance» BOKT-a nizamnamə kapitalının artırılması və dövriyyyə vəsaiti olaraq borc ayırması hesabına 4,9 milyon manati yatırıblar.
Xatırladaq ki, «City Finance» BOKT-un səhmdarı olan «AGA Group» paytaxtın ən byöük biznes mərkəzlərinin - «Dəmirçi tauer», «Kaspian Plaza», «Kaspian biznes senter», «Ağa İş Mərkəzi», «Adriana biznes park», eləcə də «Start ko-vörkinq» mərkəzlərini idarə edir. Bundan başqa şirkətin «Da Vinçi» və «Kaspian Palas Otel»i var.