Bu gün “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin istiqrazları ticarətə buraxılacaq.
FED.az xəbər verir ki, illik 12 faiz gəlir vəd edən və sayı 3000 ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manatdır.
«Yelo Bank»la birləşə bilməyən Kredit Təşkilatı - İSTİQRAZ BURAXIR
1 il tədavül müddəti olan faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar üzrə ödənilməli olan faizlər hər 6 aydan bir ödəniləcəkdir.
“TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, “TBC Kredit” BOKT MMC əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərir. “TBC Kredit” BOKT MMC “TBC Bank Səhmdar Cəmiyyəti”nin (Gürcüstan Respublikası) törəmə Şirkətidir. (Marja)