Bakı Fond Birjasında «TBC Kredit» BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. FED.az xəöbər verir ki, 20 sentyabr 2021-ci il tarixində birjanın Listinq Komitəsinin qərarı ilə “TBC Kredit” BOKT MMC-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bu gündən SOCAR-ın yeni istiqrazlarının - SATIŞI BAŞLAYIR - QİYMƏTLƏR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, Sentyabrın 23-də «TBC Kredit» BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Yerləşdirmə çərçivəsində hər birinin qiyməti 1000 manat olan 3 min ədəd istiqraz buraxılacaq. Manatla 2 illik müddətə buraxılan istiqrazların gəlirliliyi ildə 12% təşkil edir. İstiqrazlar üzrə faizlər 6 aydan bir ödəniləcək. İstiqrazların geri alım zəmanəti yoxdur.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə, o cümlədən «İnvest Az» investisiya şirkətinə müraciət edə bilərlər.
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
Ticarətə buraxlma tarixi |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2004019165 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
3,000 (ədəd) |
1,000 manat |
23.09.2021 |
12% |
2 il |
Hər 6 aydan bir |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.