«SF Azerbaijan BOKT» 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
«Finex Kredit» BOKT zərərlə işləməyə davam edir – ŞİRKƏT KİÇİLİR - HESABAT
«Birbank»a 22 milyon manat «qan vurulub», zərərlə işləsə də - SIÇRAYIŞA HAZIRLAŞIR - HESABAT
«Azinvestkredit» BOKT-un vəziyyəti pisləşib: Sürətlə kiçilir - ZƏRƏRİ 3 DƏFƏ ARTIB - HESABAT
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin faiz gəlirləri cəmi 270 manat olub. Bundan başqa, şirkət məzənnə fərqinin dəyişməsindən 15,4 min manat gəlir əldə edib. Bu dövrdə «SF Azerbaijan BOKT»un xərcləri isə 416 min maat olub.
Nəticədə BOKT 2022-ci ili 400 min manat xalis zərərlə tamamlayıb.
Xatırladaq ki, şirkət 2021-ci ilin sonunda yaradılıb və bir həftə fəaliyyət göstərdiyi 2021-ci ili də böyük – 339 min manat zərərlə başa vurub.
Nəticədə «SF Azerbaijan BOKT»un yığılmış zərəri 740 min manata çatıb və şirkətin 300 min manatdıq səhmdar kapitalını artıqlaması ilə «əridib».
Nəticədə BOKT 2023-cü ili 439 min manat mənfi kapitalla qarşılayıb.
2022-ci ilin sonunda BOKT-un aktivləri 134 min manat, öhdəlikləri isə 573 min manat olub. Şirkətin kredit portfeli cüzidir – 2 min manat.
Kapitalı isə mənfi - 439 min manat təşkil edib.
2022-ci ilin hesabatı və şirkətdəki vəziyyətlə bağlı «SF Azerbaijan BOKT»dan FED.az-a verilən açıqlamaya görə, şirkətin böyük xərcə və bunun nəticəsində mənfi kapitala düşməsi yeni yaranan qurumun ilkin xərcləri ilə bağlıdır.
Belə ki, hazırda şirkət öz fəaliyyətinə başlamaq üçün müəyyən avadanlıqlar və proqramlar alır, məsəsələn, böyük vəsit hesabına kreditlərin izlənməsi proqramı alınıb.
Real fəaliyyətə, yəni kreditlərin verilməsinə isə bu il başlanacaq. Artıq bunun üçün 300 min borc alınıb ki, bunun hesabına kreditləşmə başlayacaq. Xatırladaq ki, «SF Azerbaijan BOKT» 2021-ci ilin dekabrın 24-də Mərkəzi Bankdan alınan lisenziya əsasında fəaliyyət göstərir.