«Finex Kredit» BOKT 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
«Azinvestkredit» BOKT-un vəziyyəti pisləşib: Sürətlə kiçilir - ZƏRƏRİ 3 DƏFƏ ARTIB - HESABAT
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il «Finexkredit» BOKT-un xalis faiz gəlirləri 2021-ci illə müqayisədə 269 min manat və ya təqribən 2 dəfə azalaraq 296 min manata enib. 2021-ci ildə xalis gəlirləri 565 min manat olmuşdu.
Şirkətin ümumi inzibati xərcləri bir il ərzində 180 min manat və ya 18,5% azalaraq 974 min manatdan 794 min manata düşüb.
Nəticədə şirkətin xalis zərəri təqribən 35% və ya 109 min manat artaraq 421 min mamat təşkil edib. Xatırladaq ki, «Finex Kredit» BOKT 2021-ci ildə də zərrələ işləmiş və ili 311 min manqat xalis zərərlə bağlamıhdı.
2022-ci ildə BOKT kiçilib – onun aktivləri 5 milyon 385 min təşkil edib. Bu da əvvəlki illə müqayisədə 246 min manat və ya 4,4% azdır.
Kredit portfeli ötən il 3 milyon 319 min manat təşkil edib, bu da 2021-ci illə müqayisə də 250 min manat və ya 7% azdır
Öhdəliklərdə isə 187 min manat və ya 3,9% artım qeydə alınıb ki, ntəicədə göstəricilər 4 milyon 931 min manata yüksəlib.
2022-ci ildə şirkətin buraxılmış borc qiymətli kağızları 2 milyon 788 min manat, başqa sözlə 11 dəfə azalaraq 270 min manat düşüb.
Əvəzində BOKT-un müddətli borc öhdəlikləri 4,3 dəfə, yaxud 2 milyon 876 min manat artaraq 3 milyon 749 min manata artıb.
2022-ci ildə «Finex Kredit» BOKT-un kapitalı da 2 dəfəyə yaxın azalıb. Kapital göstəricilərində 435 min manatlıq və ya 49% azalma müşahidə olunub. 2022-ci ildə BOKT-un kapitalı 452 min manat təşkil edib.