«Birbank» Bank olmayan kredit təşkilatı 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 4 dəfəyə yaxın böyüsə də hələlik zərərlə işləyir. Hələ də faiz gəliri əldə etməyən BOKT 2022-ci ili zərərlə başa vurub.
2021-ci ildə olduğu kimi, 2022-ci ildə də BOKT-un faiz gəlirləri olmayıb, qeyri-faiz gəlirlərindən isə 20 min manat yaxın gəlir əldə edilib.
Maraqlıdır ki, 2021-ci ildə qeyri-faiz gəlirləri 931 min manat idi, yəni bu göstərici 46 dəfə azalıb.
Şirkət əsas vəsait və aktivlərin satışından 290 min manat əldə etsə də, 277 min manat dəfərsizləşmə xərci ilə üzləşib. Nəticədə 2022-ci ildə BOKT-un əməliyyat gəliri cəm i 33 min manat olub.
2022-ci ildə «Birbank» BOKTun göstərdiyi xidmətilər üzrə maya dəyəri 265 min manat olub, bu 2021-ci illə müqayisədə 2,6 dəfə azdır – əvvəlki ilə 706 min manat olmuşdu.
«Birbank» BOKTun inzibati xərcləri isə 2022-ci ildə 30,6 min manat olub, burada da 12 dəfə azalma var.
Nəticədə BOKT 2022-ci ili 265 min maat xalis zərərlə tamamlayıb. 2021-ci illü müqayisədə şirkətin zərəri 2 dəfəyə yaxın artıb – əvvəlki ilə xalis zərər 139 min manat idi.
Amma maliyyə göstəricilərindən aydın olur ki, 2022-ci il «Birbank»ın zərərlə işlədiyi axırınca il ola bilər. 2022-də şirkətə böyük vəsaitlər yatırılığb və böyük ehtimalla «Birbank» BOKT sürətli artıma hazırlaşır.
Belə ki, 2022-ci ildə şirkətə 20 milyon manata yaxın investisiya yatırılıb, onun uzunmüddətli aktivləri 8 milyon 061 min manatdan, 21 milyon 135 min manata yüksəlib.
Pul şəklində isə «Birbank BOKT»a 9,5 milyon manat «qan» vurulub. Belə ki, 2021-ci ilin sonunda burada pul vəsaiti formapsınrda cəmi 66 min manat var idisə, 2022-ci ilin sonunda bu rəqəm 9 milyon 570 min manata yüksəlib – təmiz 9,5 milyon manat artım.
Nəticədə şirkətin ümumi aktivləri 3,7 dəfə artaraq 30,7 milyon manatı keçib və «Bir kart» bu göstəriciyə görə, ölkənin ən böyük BOKT-larından birinə çevrilib.
BOKT-un öhdəliyi isə yox səviyyəsindədir – cəmi 2500 manat. Kapitalı isə 30,7 milyon manatdır.