"Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 600 min manat və yaxud 22,6% azaldaraq 2,654 milyon manatdan 2,604 milyon manata endirdiyini elan edib.
Eləcə də bax: 4 BOKT-un balans kapitalı - 13 Milyon Manatdan Çoxdur
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 1 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun təsisçisi 100% Tural Məmmədovdur. (Report)