2018-2019-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 13 milyon manatdan çoxdur.
Eləcə də bax: 11 BOKT-un kredit portfeli - Azalıb
FED.az xəbər verir ki, bunlar “Aqrarkredit” (23,733 milyon manat), “FİNKA Azərbaycan” (18,69 milyon manat), “Embafinans” (15,933 milyon manat) və “M Bulak”dır (13,598 milyon manat).
16 BOKT-un balans kapitalı 1-8 milyon manat arasında, 16 BOKT-un balans kapitalı isə 1 milyon manatdan azdır.
9 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Caspian Invest”, “Finans İnvest”, “Fintrend”, “MJ Financial Services”, “Omni Finance”, “Para”, "Union Kredit" və Viza Kredit” hesabat verməyib, 3 BOKT - “Azpul”, “Finans Kredit” və “Prico Credit” isə mikromaliyyə bazarına 2020-ci ildə daxil olub.
***
36 BOKT-dan 8-nin ötən il balans kapitalını azalıb. Bunlar “Kredit Servis”, “Effektinvest”, “Regional”, “Falcon Finance”, “Gold Finance”, “Birkart”, “Kredex” və “Premier Kredit”dir. Ən çox azalma “Premier Kredit”də (50,4%), ən az azalma isə “Kredit Servis”də (1,3%) qeydə alınıb.
Qalan 28 BOKT-un isə balans kapitalı artıb. Ən yüksək dinamika “City Finance”də (20,6 dəfə), ən aşağı dinamika isə “İcraçı Kredit Agentliyi”ndə (0,2%) qeydə alınıb.(Renkinq)