Bu ilin sentyabrın 30-na Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) cəmi aktivləri 331,5 mln. manat təşkil edb ki, bu da illik müqayisədə 5,4% çoxdur.
Eləcə də bax: Azərbaycan banklarının xalis mənfəəti 2%-dək azalıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, hesabat dövründə, BOKT-ların aktivlərinin əsas payını təşkil edən kredit portfeli 275,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 8% çoxdur.
Öhdəliklərə isə 185,3 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 1,7% azdır. Öhdəliklərin əsas payını təşkil edən BOKT-lar tərəfindən cəlb edilmiş vəsaitlər isə 71,9 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 18,7% azdır. Sentyabrın 30-na BOKT-ların kapitalı 146,2 mln. manat təşkil edib ki, bu da ötən il ilin eyni vaxtı ilə müqayisədə 16,2% çoxdur.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədəki kredit təşkilatları 10,5 mln. manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% azdır. BOKT-lar bu müddətdə 50,5 mln. manat həcmində faiz gəlirləri (50,3 mln. manat kreditlər üzrə faizlər) əldə edib. Faiz xərcləri isə 8,9 mln. manata (8,9 mln. manat öhdəliklər üzrə faizlər) bərabər olub. (Apa)