İlqar Əhmədzadə adlı şəxsin kredit biznesi “Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəri dəyişib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin mayından BOKT-un rəsmi olaraq rəhbəri olan Ağca Talıbova vəzifəsindən azad edilib.
Eləcə də bax: Azərbaycanda iki kredit təşkilatının - RƏHBƏRİ DƏYİŞİB
Onu bu vəzifədə Bahadır Abaszadə Elnur oğlu əvəzləyib.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.65 milyon manatdır. BOKT-nin təsisçisi 100% İlqar Əhmədzadədir.