Azərbaycanda iki kredit ittifaqının rəhbərləri dəyişib.
Eləcə də bax: Embafinans-da - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Dostlar MM Kredit İttifaqı” MMC-nin direktoru Şəhla Məmmədova İslam qızı vəzifəsindən ayrılıb, onu Elman Məmmədov Həmid oğlu əvəz edib.
“Dostlar MM Kredit İttifaqı” – 2011-ci ildə Füzuli rayonun Horadiz şəhərində təsis edilib və 5005 manat nizamnamə kapitalı var.
Məhdud Məsuliyyətli “Yüksəliş Kredit İttifaqı”nın direktoru Fikrət Cavadov Höccət oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Qadir Ağayev Nadir oğlu əvəz edib.
“Yüksəliş Kredit İttifaqı” – 2000-ci ildə Yardımlı rayonunda yaradılıb. Kİ-nin 400 manat nizamnamə kapitalı var.