“Aqrarkredit” QSC BOKT balansındakı əmlaklarının satışa çıxarılmasını elan edir.
FED.az xəbər verir ki, lotlar üzrə satılacaq əmlaklar barədə məlumatlar aşağıdakılardır:
1.Qızıl-ziynət əşyaları.
Alqı-satqıda iştirak etmək istəyən şəxslər ən geci satış gününə bir gün qalmış “Aqrarkredit” QSC-nin baş ofisinə ərizə ilə müraciət etməlidirlər (Ünvan- AZ1006, Azərbaycan Respublikası, Bakı şəhəri, Qədirli küçəsi 125) .
Əmlakla, onun növü və parametrləri ilə tanış olmaq , əmlakın alınması qaydası və müddəti: 1. Qızıl-ziynət əşyalarını əldə etmək istəyən şəxslər 17 mart 2025-ci il saat 14.00-da “Aqrarkredit” QSC-nin baş ofisi - Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda yerləşən ofisində qızıl-ziynət əşyalarının çeşidi və onların satış qiymətləri ilə tanış ola bilərlər.
Lakin BOKT satışa çıxarılacaq qızıl əşyalarının miqdarını açıqlamayıb.
2. Eyni əşyaya iki və daha çox təklif irəli sürülərsə, əşya daha çox qiymət təklif edən şəxsə satılacaqdır.
Əlaqələndirici şəxs- Şahin Seyidov, telefon-050-235-99-90.
Qeyd edək ki, bundan əvvəlki satışın 18 fevral tarixinə keçirilməsi nəzərdə tutulurdu.