“Solis Kapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunduğunu elan edib.
Eləcə də bax: Azərbaycanda BOKT-lar banklarla - Necə Rəqabət Aparır?
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Solis Kapital" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapoitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Nazim Əziz oğlu Kərimovdur. Kredit təşkilatı Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb. (Report)