Azərbaycanda lizinq şirkətinin BOKT-nin nizamnamə kapitalı 10 dəfə artırılıb.
Eləcə də bax: Azərbaycanda 2 BOKT-un nizamnamə kapitalı - ARTIRILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Prior Leasing” MMC-nin törəməsi olan “Prior Credit BOKT” ASC-nin nizamnamə kapitalı, 2 700 000 manat, yaxud 10 dəfə artırılmaqla 3 000 000 manata çatdırıb.
“Prior Credit BOKT” 2020-ci ilin mayında yaradılıb və səhmdarı 100% payla “Prior Leasing” MMC-dir. BOKT yarandığı aydan dörd ay sonra requlyator Mərkəzi Bank tərəfindən lisenziya aldı.
BOKT-nin 5 filialı və 8 nümayəndəliyi vardır.
2020-ci ildən BOKT kredit ayırmadığından gəlir əldə etməyib. İnzibati xərclər ilə əlaqədar olaraq “Prior Credit BOKT” ötən ili 12 614 000 manat xalis zərər ilə bağlayıb.