“Birkart” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı daha 800 min manat və yaxud 10,3% artırılıb.
Eləcə də bax: Azərbaycan BOKT-larının xalis mənfəəti - 2% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, BOKT-un kapitalı 7,74 milyon manatdan 8,54 milyon manata çatıb.
Bundan başqa, “Kəpəz” MMC BOKT-un nizamnamə kapitalı 370 min manat və yaxud 45,4% artırılaraq 815 min manatdan 1,185 milyon manata çatdırılıb.