“Mol Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 2,796 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: "Union Kredit" BOKT-un - RƏHBƏRİ DƏYİŞİB
FED.az “report”a istinadən xəbər verir ki, bu, 2018-ci ilə müqayisədə 80,2% çoxdur.
Ötən il “Mol Bulak”ın vergiyəqədərki mənfəəti 3,706 milyon manat (əvvəlki ilə nisbətən 72,7% çox), mənfəət vergisi ödəmələri isə 910 min manat (53,2% çox) təşkil edib.
Eləcə də bax: “Finans İnvest” BOKT-un - RƏHBƏRİ DƏYİŞİB
Bu il yanvarın 1-nə “Mol Bulak”ın aktivləri 25,064 milyon manat olub ki, bu da illik müqayisədə 54,9% çoxdur. Bunun 17,697 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 33,4% böyüyüb.
Hesabat dövründə “Mol Bulak”ın öhdəlikləri 2,1 dəfə artaraq 11,466 milyon manata, balans kapitalı isə 25,9% artaraq 13,598 milyon manata çatıb.
Xatırladaq ki, “Mol Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir.