Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 16-nın ötən il (xalis) mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Eləcə də bax: Azərbaycanda 12 BOKT-un mənfəət vergisi ödəmələri - AZALIB
FED.az xəbər verir ki, bunlar “TCF”, “Premier Kredit”, “City Finance”, “FİNKA Azərbaycan”, “TBC Kredit”, “Kredex”, “International”, “Qafqaz-Kredit”, “İdeal Kredit”, “Avrasiya-Kredit”, “Aqrarkredit”, “MCB”, “Embafinans”, “PSG Finans”, “Merkuri” və “Brand Credit” BOKT-lardır. Ən yüksək dinamika “TCF”də (9,3 dəfə), ən aşağı dinamika isə “Brand Credit”də (4,5%) qeydə alınıb.
7 BOKT-un – “Kredit Servis”, “Azmikroinvest”, “Viator Mikrokredit Azərbaycan”, “Asel Kredit”, “Finoko”, “Effektinvest” və “Kəpəz”in isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Kəpəz”də (76%), ən az azalma isə “Kredit Servis”də (25,5%) qeydə alınıb.
4 BOKT-un – “Prior Credit”, “Azinvestkredit”, “Birkart” və “Kredaqro”nun (xalis) zərəri artıb, 5 BOKT-un – “Gold Finance”, “Union Kredit”, “Para”, “Azərbaycan Mikrokredit Azərbaycan” və “İcraçı Kredit Agentliyi”nin (xalis) zərəri azalıb.
8 BOKT – “Azkredit”, “Falcon Finance”, “İDK”, “İnkişaf üçün maliyyə”, “M Bulak”, “MJ Financial Services”, “Regional” və “Viza Kredit” 2021-ci ili (xalis) mənfəətlə, 2020-ci ili (xalis) zərərlə, 1 BOKT - “Finex Kredit” ötən ili (xalis) zərərlə, əvvəlki ili isə (xalis) mənfəətlə başa vurub, 1 BOKT-un “Aset Maliyyə Texnologiyaları”nın həm 2021-ci ildə, həm də 2020-ci ildə mənfəəti (eyni zamanda zərəri) olmayıb, 1 BOKT - “Optimal Finance” ötən ildən mənfəətlə çıxıb, əvvəlki il isə mənfəəti olmayıb. Odur ki, bu kredit təşkilatlarının (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 BOKT - “SF Azerbaijan” bazara bu il, 4 BOKT - “Azfinans”, “Finkapital”, “FNC” və “Nas Project” isə bazara ötən il daxil olub. 8 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian Invest”, “Finans İnvest”, “Finans Kredit”, “Fintrend”, “Omni Finance” və “Pro Kredit” (xalis) mənfəətinin / zərərinin dinamikasını açıqlamayıb. (Renkinq)