Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 8-nin ötən il ödədiyi mənfəət vergisi əvvəlki illə müqayisədə çox olub.
Eləcə də bax: Azərbaycanda 5 BOKT-un nizamnamə kapitalı 10 milyon manatdan - AZ DEYİL
FED.az xəbər verir ki, bunlar “Premier Kredit”, “City Finance”, “Brand Credit”, “Qafqaz-Kredit”, “International”, “İdeal Kredit”, “Avrasiya-Kredit” və “MCB” BOKT-lardır. Ən yüksək dinaika “Premier Kredit”də (6 dəfə), ən aşağı dinamika isə “MCB”də (33,9%) qeydə alınıb.
12 BOKT-un – “Embafinans”, “PSG Finans”, “Merkuri”, “Aqrarkredit”, “Kredit Servis”, “Asel Kredit”, “Azmikroinvest”, “M Bulak”, “Viator Mikrokredit Azərbaycan”, “Effektinvest”, “Kəpəz” və “Finex Kredit”in isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Finex Kredit”də (100%), ən az azalma isə “Embafinans” və “PSG Finans”da (6,3%) qeydə alınıb.
2 BOKT-un – “TBC Kredit” və “İnkişaf üçün maliyyə”nin mənfəət vergisi ödəmələri üzrə qənaəti artıb, 1 BOKT-un – “Azərbaycan Mikro-Kredit”in isə mənfəət vergisi ödəmələri üzrə qənaəti azalıb.
10 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azinvestkredit”, “Birkart”, “Gold Finance”, “İDK”, “Para”, “Prior Credit”, “Regional”, “Union Kredit” və “Viza Kredit” 2021-ci ildə, həm də 2020-ci ildə vergi ödəməyib və yaxud vergi ödəmələrinə qənaət etməyib. 6 BOKT - “Azkredit”, “Falcon Finance”, “Kredaqro”, “MJ Financial Services”, “Optimal Finance” və “TCF” ötən il vergi ödəsə də, əvvəlki il vergi ödəməyib və yaxud vergi ödəmələrinə qənaət edib. 4 BOKT - “FİNKA Azərbaycan”, “Finoko”, “İcraçı Kredit Agentliyi” və “Kredex” isə 2021-ci ildə vergi ödəmələrinə qənaət etsə də, 2020-ci ildə qənaət etməyib və yaxud vergi ödəyib. Odur ki, bu kredit təşkilatlarının ödədiyi / qənaət etdiyi mənfəət vergisinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 BOKT - “SF Azerbaijan” bazara bu il, 4 BOKT - “Azfinans”, “Finkapital”, “FNC” və “Nas Project” isə bazara ötən il daxil olub. 8 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian Invest”, “Finans İnvest”, “Finans Kredit”, “Fintrend”, “Omni Finance” və “Pro Kredit” vergiyəqədərki mənfəətinin / zərərinin dinamikasını açıqlamayıb. (Renkinq)