Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 10 milyon manatdan az olmayıb.
Eləcə də bax: BOKT «İnkişaf Üçün Maliyyə» - MƏNFƏƏT AÇIQLADI - HESABAT
FED.az xəbər verir ki, bunlar “Para” (29,266 milyon manat), “Aqrarkredit” (22,669 milyon manat), “M Bulak” (10,408 milyon manat), “Embafinans” (10 milyon manat) və “PSG-Finans” (10 milyon manat) BOKT-lardır.
Qalan 51 BOKT-dan 15-nin nizamnamə kapitalı 1-10 milyon manat arasında, 25 BOKT-un nizamnamə kapitalı isə 1 milyon manatdan azdır.
1 BOKT – “SF Azerbaijan” bazara bu il daxil olub, 10 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Caspian Invest”, “Finans İnvest”, “Finkapital”, “Fintrend”, “FNC”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” nizamnamə kapitalının məbləğini açıqlamayıb. (Renkinq)