“Azərbaycan Mikro-Kredit”, “İcraçı Kredit Agentliyi” və “MJ Financial Services” MMC-lər bank olmayan kredit təşkilatlarına (BOKT) yeni direktor təyin edilib.
Eləcə də bax: Bankın sabiq əməkdaşı BOKT-a direktor - Təyin Edilib
FED.az xəbər verir ki, bunlar müvafiq olaraq Yaşar Nəcəfov, Samir Cəlilov və Mövsüm Aydınovdur.
İndiyə qədər adları çəkilən BOKT-lara müvafiq olaraq Emil Mahmudov, Arif Əliyev və Mədəd Rüstəmov rəhbərlik ediblər. Yeri gəlmişkən, A.Əliyev bundan sonra “İcraçı Kredit Agentliyi”nin yeni yaradılmış Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərəcək. (Renkinq)