“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri yenidən dəyişdirilir.
Eləcə də bax: “Kapital Bank”da - Yeni Təyinat
FED.az Banker.az-a istinadən xəbər verir ki, ötən ilin oktyabrında BOKT-a direktor təyin edilən Emil Mahmudov vəzifəsindən azad olunub.
Onun yerinə bank sektorunda çalışmış Yaşar Nəcəfov təyin edilib. Y.Nəcəfov buna qədər “Yelo Bank” ASC-də və “Finca Azerbaijan” BOKT MMC-də çalışıb.
E.Mahmudova qədər isə (2020-ci ilin oktyabrı) “Azərbaycan Mikro-Kredit” BOKT-un direktoru Xəyal İsmayılov idi.
Qeyd edək ki, ötən il səhmdarlarından biri BOKT-dan payını geri çəkib. Belə ki, Tural Məmmədov Elmar oğlu 2020-ci ildə “Azərbaycan Mikro-Kredit” BOKT-un nizamnamə kapitalından 600 min manatlıq hissəsini geri çəkib, bununla da kapitalın həcmi 2 054 min manata qədər azalmışdı.
BOKT 2020-ci il üzrə hesabatında 510 min manatlıq zərər etdiyini açıqlayıb. Bu zərərdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 509 min manat yığılmış zərərlə tamamlandı.