Cari ilin avqust ayında Azərbaycan qeyri-banklarının digər sektorlara kredit qoyuluşu 59,2 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 18,1 milyon manat və ya 44% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 41,1 milyon manat olub.
Aylıq müqayisədə isə heç bir dəyişiklik olmayıb.
İyul ayında kredit qoyuluşu 59,2 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən isə 9,6 milyon manat və 19,4% artım baş verib.
Belə ki, bu ilin yanvar ayında digər sektorlara kredit qoyuluşu 49,6 milyon manat olub