Cari ilin avqust ayında Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 22 484,1 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 3 347,3 milyon manat və ya 17,5% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 19 136,8 milyon manat olub.
Aylıq müqayisədə isə 442,2 milyon manat, 2%-lik artım qeydə alınıb.
İyul ayında dövriyyədə olan kredit portfeli 22 041,9 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən isə 2 224,9 milyon manat və 11% artım baş verib.
Belə ki, bu ilin yanvar ayında kredit portfeli 20 259,2 milyon manat olub