Bu ilin I yarısında Azərbaycan kredit ittifaqlarının cəmi öhdəlikləri 3,3 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına İstinadən xəbər verir.
Bu illik müqayisədə 300 min manat və ya 8% azdır.
Ötən ilin eyni dövründə kredit ittifaqlarının öhdəlikləri 3,6 milyon manat idi.
Öhdəliklərin 3 milyon manatını alınmış kreditlər, 0,1 milyon manatını ödəniləcək faizlər, 0,2 milyon manatını digər öhdəliklər təşkil edib.
İllik müqayisə ilə ödəniləcək faizlər üzrə öhdəliklər dəyişməyib, alınmış kreditlər 0,3 milyon manat (9%), digər öhdəliklər 0,1 milyon manatını (24%) azalıb.