Bu ilin I yarısında Azərbaycan kredit ittifaqlarının cəmi aktivləri 12,4 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına İstinadən xəbər verir.
Bu illik müqayisədə 700 min manat və ya 5% azdır.
Ötən ilin eyni dövründə kredit ittifaqlarının aktivləri 13,1 milyon manat idi.
Aktivlərin 0,6 milyon manatını nağd vəsaitlər, 10,7 milyon manatını kreditlər, 0,1 milyon manatını amortizasiya çıxılmaqla əsas vəsitlər, 0,9 milyon manatını hesablanmış faizlər, 0,1 milyon manatını digər aktivlər təşkil edib.
İllik müqayisə ilə hesablanmış faizlər və digər aktivlər dəyişməyib, nağd vəsaitlər və müxbir hesabların dəyəri 0,2 milyon manatını (25%), kredit portfeli 0,4 milyon manat (4%), əsas vəsaitlər 0,1 milyon manat (2 dəfə) azalıb.