Azərbaycanda BOKT ləğv edilir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bank Olmayan Kredit Təşkilatı “Vijn Fond Azərkredit” MMC ləğv olunduğunu elan edir.
Eləcə də bax: Şəhidlərin və ailə üzvlərinin - Kredit Borclarını Bağladı
Kreditorlar iki ay ərzində tələblərini AZ1012, Bakı şəhəri, Yasamal rayonu, İzmir, ev 8, mənzil Hyatt Tover 2, mərtəbə 6 ünvanına bildirə bilərlər.
Bildirək ki, “Vijn Fond Azərkredit” BOKT 2002-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu BOKT-un nizamnamə kapitalı 303 867 manatdır və qanuni təmsilçisi Mahir Məmmədovdur.