Bu ilin I yarımilində Azərbaycan BOKT-ların vergiyə qədərki mənfəəti 93,1 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə BOKT-lar 16,4 milyon manat mənfəət vergisi ödəyib. Nəticədə həmin təşkilatların xalis mənfəəti 76,6 milyon manata bərabər olub.
Son bir il ərzində vergiyə qədərki mənfəət 62,5 milyon manat (3 dəfə), mənfəət vergisi ödəmələri 12,2 milyon manat (3,9 dəfə), xalis mənfəətin həcmi isə 50,3 milyon manat (2,9 dəfə) artıb.
2023-cü ilin I yarısında BOKT-ların ümumi mənfəəti 30,5 milyon manat idi ki, 4,2 milyon manatlıq vergi ödənişindən sonra xalis mənfəətin həcmi 26,3 milyon manat təşkil etmişdi.