Bu ilin 9 ayı ərzində Azərbaycan BOKT-ları 233 milyon manat faiz gəliri əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu illik müqayisədə 100 milyon manat və ya 76% çoxdur.
Bunun da 230,7 milyon manatı müştərilərə verilmiş kreditlər hebına formalaşıb ki, bu da illik müqayisədə 98,1 milyon manat, başqa sözlə 74% çoxdur.
Faiz xərcləri 27,1 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 6,9 milyon manat və ya 34% çoxdur.
Nəticədə BOKT-ların xalis faiz gəlirləri 205,9 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 93,4 milyon manat və ya 83% artım deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə BOKT-ların faiz gəlirləri 132,7 milyon manat, faiz xərcləri 20,1 milyon manat, xalis faiz gəlirləri 112,5 milyon manata bərabər olub.
Bu dövrdə BOKT-ların qeyri-faiz gəlirləri 84,3 milyon manat, xərcləri 98,2 milyon manat, əməliyyat mənfəəti 192 milyon manat, mənfəət vergisi ödəmələri 32,5 milyon manata bərabər olub. Son bir il ərzində qeyri-faiz gəlirləri 65,7 milyon manat (4,1 dəfə), xərcləri 41,4 milyon manat (73%), əməliyyat mənfəəti 159 milyon manat (2,6 dəfə), mənfəət vergisi ödəmələri 21,7 milyon manat (3 dəfə) artıb.
Beləliklə Azərbaycan BOKT-ları 9 ayı 149,2 milyon manat xalis mənfəətlə başa vurublar. Bu da son bir il ərzində 90,2 milyon manat və ya 2,5 dəfə artım deməkdir.