Bu ilin I yarısında Azərbaycan BOKT-ları 129 milyon manat faiz gəliri əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu illik müqayisədə 57,5 milyon manat və ya 80% çoxdur.
Faiz xərcləri 16,9 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 3,6 milyon manat və ya 27% çoxdur.
Nəticədə BOKT-ların xalis faiz gəlirləri 112,1 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 53,8 milyon manat və ya 92% artım deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə BOKT-ların faiz gəlirləri 71,6 milyon manat, faiz xərcləri 13,3 milyon manat, xalis faiz gəlirləri 58,3 milyon manata bərabər olub.