Bu ilin 9 ayında Azərbaycan BOKT-larının öhdəlikləri 536,9 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Öhdəliklər son bir il ərzində 93,6 milyon manat və ya 21% artıb.
Öhdəliklərin 241 milyon manatı cəlb edilmiş vəsaitlərin payına düşüb ki, bunun da 158,3 milyon manatı bankların kreditləri, 82,7 milyon manatı isə digər maliyyə insitutlarının kreditləri üzrə öhdəliklərdir.
İllik müqayisə ilə cəlb edilmiş vəsaitlər 50,4 milyon manat (26%), bankların kreditləri üzrə öhdəliklər 21,8 milyon manat (16%), digər maliyyə insitutlarının kreditləri üzrə öhdəliklər isə 28,6 milyon manat (53%) artıb.
Qiymətli kağızlar üzrə öhdəliklər 2,4 milyon manat (4%) artaraq 61,2 milyon manata, mərkəzi idarəetmə orqanlarının vəsaitləri 7,3 milyon manat (27%) azalaraq 20,1 milyon manata düşüb.
Hesabat dövründə BOKT-ların digər öhdəlikləri 48,1 milyon manat və ya 29% artaraq 214,6milyon manata yüksəlib.