Bu ilin yanvra-sentyabr aylarında Azərbaycan BOKT-larının cəmi aktivləri 979,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bnakına istinadən xəbər verir.
Aktivlər son bir il ərzində 501,6 milyon manat və ya 2 dəfə böyüyüb.
Aktivlərin 2,6 milyon manatını nağd vəsaitlər, 48,5 milyon manatını cari hesablar, 7,1 milyon manatını banklara yerləşdirilmiş müdətli depozitlər, 0,8 miilyon manatını qiymətli kağızlar, 78,9 milyon manatını investisiyalar, 744,6 milyon manatını kredit portfeli, 1,9 milyon manatını maliyyə insitutlarına kreditlər, 26,4 milyon manatını əsas vəsaitlər, 3 milyon manatını qeyri maddi aktivlər, 122,7 milyon manatını məqsədli ehtiyatlar çıxılmaqla digər aktivlər təşkil edib.
İllik müqayisədə nağd vəsaitlər 1,4 milyon manat (2,2 dəfə), cari hesablar 26,5 milyon manat (2,2 dəfə), banklarda yerləşdirilmiş müddətli depozitlər 6,6 milyon manat (14,2 dəfə), investisiyalar 58,8 milyon manat (3,9 dəfə), kredit portfeli 340,3 milyon manat (84%), əsas vəsaitlər 4,8 milyon manat (22%), qeyri-maddi aktivlər 1 milyon manat (50%), digər aktivlər isə 77,2 milyon manatı (2,7 dəfə) artıb.