2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının bölüşdürülməmiş xalis mənfəəti 85,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,8 milyon manat və ya 2,8 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının bölüşdürülməmiş xalis mənfəəti 31 milyon manat olub.