2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının xalis kredit portfeli 509,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 144,3 milyon manat və ya 39,5% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının xalis kredit portfeli 365,4 milyon manat olub.