Nəqliyyat

Rusiyanın daha bir şəhərindən Bakıya - AVİAREYS AÇILIR

Rusiyanın daha bir şəhərindən Bakıya  - AVİAREYS AÇILIR | FED.az
10:46 3 Sentyabr 2019

Rusiyanın Nijnı Novqorod şəhərindən Bakıya yeni aviareyslər açılacaq.

FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) “İjaviya” şirkətinə Nijnı Novqorod şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün razılıq verib.

Bakıya mütəmadi beynəlxalq hava daşımalarını həftədə iki dəfə həyata keçirilməsi planlaşdırılır. Uçuşlar Striqino hava limanından həyata keçiriləcək.

Sənədə əsasən, “İjaviya” şirkəti həmçinin Azərbaycana digər Volqaətrafı şəhərlərdən də aviyareyslər həyata keçirməyə başlayacaq. 

Report.az

Digər xəbərlər