FED.az xəbər verir ki, dekabrın 10-dan etibarən Rusiyanın Novorossiysk şəhərindən Bakıya yeni sərnişin qatarı hərəkətə başlayacaq.
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.
Eləcə də bax: Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının - HƏRƏKƏT CƏDVƏLİ DƏYİŞDİRİLİR
Sərnişin qatarı sözügedən marşrut üzrə hərəkət edərkən Tunnelnaya, Krımskaya, Krasnodar-1, Kavkazskaya, Armavir, Nevinnomısskaya, Mineralnıye Vodı, Georgiyevsk, Proxladnaya, Mozdok, Qudermes, Qızılyurd, Mahaçqala, Dərbənd, Xaçmaz və Sumqayıt stansiyalarında dayanacaq.
Qatar SV, kupe və plaskart tipli vaqonlarından ibarətdir.
Qatar 4 gündən bir Novorossiyskdən Moskva vaxtı ilə 14:00-da, Krasnodordan isə 17:07-də çıxacaq və Bakıya saat 02:15-də çatacaq. Novorossiyskdən Bakıya səyahət müddəti 35 saat 15 dəqiqə, Krasnodardan Bakıya isə 32 saat 8 dəqiqə təşkil edir.
Apa