Almaniyanın hava yolu şirkəti Lufthansa bu il daha 8 min nəfəri işə götürməyi planlaşdırır.
«Türk Hava Yolları»nın səhmləri bir ildə - 5 DƏFƏ BAHALAŞDI - «LÜFTHANSA»NI GERİDƏ QOYDU
FED.az xəbər verir ki, Lufthansa-nın yaydığı açıqlamada bu il 6 min nəfərin işlə təmin edildiyi qeyd edilib.
Açıqlamada bu il başda texniklər, informasiya texnologiyaları mütəxəssisləri, pilotlar və hüquqşünaslar kimi 8 min nəfərin işə götürüləcəyi, yeni işə qəbulun Frankfurt, Münhen, Hamburq, Sürix, Vyana və Brüsseldə həyata keçiriləcəyi vurğulanıb.
Covid-19 böhranı zamanı dünya üzrə təxminən 40 min insanı işdən çıxaran Lufthansa, 2022-ci ilin noyabr ayında Covid-19 böhranından sonra böyüməyə diqqət yetirərək 20 min yeni işçinin işə götürülməsi kampaniyasına başladığını açıqlayıb.
Şirkət 45-dən çox sahədə 20 000 yeni işçi qəbul etməyi planlaşdırır.
Mart ayının sonunda Lufthansa Qrupunun 112 400 min nəfər işçisi var idi.
2022-ci ilin sentyabrında Şirkət, yeni təyyarələr də daxil olmaqla avadanlıq və informasiya texnologiyalarına milyardlarla dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. (Marja)