Hazırda Azərbaycanda 27 min taksi buraxılış kartı alıb.
100-dən çox taksi sürücüsü imtahandan kəsilib
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, ötən il bu rəqəm 67 minə bərabər idi.
V.Məmmədov parklanma məsələsinə də toxunub:
“Hazırda yaradılan parklanma sistemi şəffaf və rəvandır. Əlbəttə, bəzən bununla bağlı tənqidlər də olur. Amma, istəniıən halda, bizim etdiyimiz müasir şəhər standartlarına uyğun islahatdır”.
Direktor bildirib ki, AYNA-ya gün ərzində mediadan orta hesabla 12 sorğu daxil olur:
Sorğuların araşdırılması vaxt aparır. Biz çalışırıq ki, onların böyük bir qisminə həmin gün cavab verək. Ümumilikdə gün ərzində 80-90 sualı isə sosial media üzərindən alırıq”.
V.Məmmədov vurğulayıb ki, hansısa bir səhv varsa, dərhal aradan qaldırılmasına çalışılır:
“Bizim fəaliyyət sahəmiz o qədər genişdir ki, hər bir vətəndaşın həyatında varıq. Bu da müxtəlif fikirlərin olmasına, müzakirələrə və böhran hallarına səbəb olur. Əsas məsələ odur ki, bu kimi hallardan dərs çıxarılır və növbəti dəfə təkrar olunmur”. (Report)