Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri yumşaldılıb.
FED.az xəbər verir ki, əvvəllər bəzi biletlərin qaytarılması mümkün deyildi. Bundan başqa, uçuş tarixinin dəyişdirilməsi və biletlərin qaytarılması zamanı biletin dəyərinin 75%-i məbləğində cərimə tətbiq edilirdi. Sərnişinlər üçün alınan biletin dəyişdirilməsi və qaytarılması prosesi qəliz idi. Bəzən 1000 manata bilet alan sərnişin onu qaytarmaq istəyərkən 750 manat cərimə ödəməli idi.
Bu məsələdə çətinliklər nəzərə alınaraq aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydalarında yeniliklər edilib.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, artıq ən çox satılan ecanom sinifin klassik biletlərini dəyərindən asılı olmayaraq cərimə ödəməklə geri qaytarmaq mümkündür.
Bakıdan hansı ölkəyə neçəyə uçmaq olar? - QİYMƏTLƏR
Ekonom sinifə aid olan büdcə biletlərini isə alınandan cəmi 3 saat içərisində cəriməsiz qaytarmaq və dəyişdirmək olar. Əks halda, bu sinif biletlər nə qaytarılacaq, nə də dəyişdiriləcək.
AZAL həmçinin bəzi biletlərin uçuşdan sonra qaytarılmasına və dəyişdirilməisnə də imkan yaradıb. Yəni hər hansı bir səbəbdən uçuşa çata bilməyən turistlərin biletləri yanmır və başqa tarixə dəyişdirilə bilir.
Ekspert onu da bildirib ki, digər aviakampaniyaların biletlərin dəyişdirilməsi və qaytarılması qaydalarında hələ ki ciddi dəyşiklik yoxdur. AZAL-ın bu addımı turistlərin işini xeyli asanlaşdıra və xüsusilə bu tipli məsələlərdə mübahisələri azalda bilər.