Avqust ayı üzrə Bakıdan müxtəlif ölkələrə uçuş qiymətləri açıqlanıb.
AZAL-dan “GATE20” promokodu ilə aviabiletlərə - 20% ENDİRİM
FED.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, xaricə birbaşa aviareyslərin ən yüksək minimum qiyməti Qətərin paytaxtı Doha istiqamətində müşahidə edilib.
Bakıdan Dohaya birbaşa uçmaq 352,8 avroya, tranzit yolla uçmaq isə 325,2 avroya başa gəlib.
Bu göstəricilər 2023-cü ilin avqust ayı ilə müqayisədə uyğun olaraq 35,7% və 50% azdır.
Siyahıda 2-ci yerdə Polşanın paytaxtı Varşava qərarlaşıb. Varşavaya birbaşa uçuş 350,5 avroya, tranzitlə uçuş isə 356,9 avroya başa gəlir. Keçən ilin eyni dövrünə nisbətən qiymətlər müvafiq olaraq 91,5% çoxalıb və 55,3% azalıb.
Almaniyanın paytaxtı Berlinə birbaşa uçuş üçün 340,4 avro, tranzit uçuş üçün isə 222,6 avro təşkil edib və siyahıda üçüncü yerdə qərarlaşıb. Qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 5,8% və 54,6% azdır.
Bu ay üzrə Bakıdan tranzit aviareyslərin ən yüksək minimum qiyməti 612,7 avro olmaqla Yaponiyanın paytaxtı Tokioya qeydə alınıb.
İkici yerdə Misirin Şarm-əl-Şeyx şəhəriə olan uçuşlar gəlir qiymət isə 560,2 avro təşkil edir.
Üçüncü sırada isə ABŞ-nın Nyu-York şəhəri üzrə uçuşlar tutub 529,4 avro.
Qeyd edək ki, Tokio və Nyu-Yorka birbaşa reyslər yoxdur.
Bundan başqa, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Turkiyə, BƏƏ və Gürcüstana da birbaşa və tranzit yolla səyahət edənlər üçün aviabiletlərin minimum qiymətləri açıqlanıb.
Bu ay birbaşa aviareyslərdə ən yüksək qiymət 282,4 avro ilə Rusiyanın Yekaterinburq şəhərinədir. Adıçəkilən şirkətə tranzit uçuşun qiyməti isə 292,5 avro təşkil edir. Bu qiymətlər 2023-cü ilin avqust ayı ilə müqayisədə müvafiq olaraq 1% və 26,7% azdır.
Rusiyanın Samara şəhərinə birbaşa 219,8 avroya (-15,6%), tranzitlə 232,3 avroya (-33,5%), paytaxt Moskvaya birbaşa 217,1 avroya (-0,9 %), tranzitlə 218 avroya (-62,7%), Kazana birbaşa 213,3 avroya (-3,5 %), tranzitlə 264,9 avroya (+ 41,1 %), Ufaya birbaşa 207,9 avroya (-2,4%), tranzitlə 268,6 avroya (-30,6%), Volqoqrada birbaşa 193,2 avro (+3,8 %), tranzitlə 292,5 avroya (-20,8 %), Mineralnıye Vodıya 154,1 avroya (- 24,5 %), tranzitlə 151,3 avroya (-71,1 %), Soçiyə birbaşa 134,2 avroya (-26,7 %), tranzitlə 163,7 avroya (-67,8%), Həstərxana birbaşa 126,04 avroya (-16 %), tranzitlə 305,9 avroya (- 26,2 %), Vladiqafqaza birbaşa 115,9 avro(ötən il olmayıb), tranzitlə 253,9 avroya (-46,7 % ), Qroznıya birbaşa 106,2 avroya (-39 % dəfə), tranzitlə 297,6 avroya (-36 %), Mahaçqalaya birbaşa 100,2 avroya (-58,1 %), tranzitlə 213,9 avroya (- 47,6 % ) səfər etmək mümkün olub.
Türkiyə istiqamətində aviabiletlərin qiyməti Bodruma birbaşa 222,1 avro (+ 10,4 %), tranzitlə 160,1 avro (-37,5 %), İzmirə birbaşa 131,1 avro (-21,5 %), İstanbula birbaşa 123,2 avro (- 41,4 %), Ankaraya birbaşa 113,1 avro (- 37,6 %), tranzitlə isə 182,1 avro (- 33,1 %) təşkil edib. İzmir və İstanbula tranzit uçuşlar qeydə alınmayıb.
Ərəb ölkələri istiqamətində aviabiletlərin qiyməti Küveytə birbaşa 235 avro (+17,5 % ), tranzitlə 316,4 avro (- 41,3 %), Ər-Riyada birbaşa 119,6 avro (- 27,6 %), tranzitlə 197,8 avro (- 67,6 %), Dubaya birbaşa 110,4 avro (-63,9 %), Əbu-Dabiyə birbaşa 56,1 avro (+7,8 %), tranzitlə 441,6 avro (+28,6 % ) müəyyən olunub. Dubaya tranzit uçuşları qeydə alınmayıb.
Gürcüstana isə uçuşlar Batumiyə birbaşa 97,6 avroya (- 36,3 %), tranzitlə 244,2 avroya (-25,8 %), Tbilisiyə isə birbaşa 52,4 avroya (+ 58,5%) başa gəlir. Gürcüstan paytaxtına tranzit uçuşlar qeydə alınmayıb.