İspaniyanın Kastiliya-i-Leon muxtar bölgəsinin rəhbərliyi mağaza sahibləri üçün yeni təklif irəli sürüb.
FED.az xəbər verir ki, geyim mağazalarında paltarların müştərilər tərəfindən yoxlanmasına görə vergi tətbiq olunması təklif edilib.
Qeyd olunur ki, bu təklifə son illər mağazalarda yoxlanan paltarların daha sonra internet üzərindən alınması kimi halların çoxalması səbəb olub.
Bölgə rəhbərliyi kiçik və orta müəssisələrin dəstəklənməsi üçün yenilikçi qərarların verilməsinin lazım olduğunu deyib.