“Xətai Təchizat” ASC 2017-ci ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına əsasən xəbər verir ki, şirkətin 2017-ci ildə əsas əməliyyat gəlirləri 89 min 987 manat, satışın maya dəyəri 20 min 875 manat olub ki, yekunda ümumi mənfəət 69 min 111 manat təşkil edib.
Xərclərə gəldikdə isə, inzibati xərclər 41 min 526 manat, sair əməliyyat xərcləri 18 min 133 manat olub.
Mənfəətdən də 1 min 893 vergi ödədikdən sonra yekunda şirkətin hesabat dövründə xalis mənfəəti 7 min 567 manat olub.
FED.az “Xətai Təchizat” ASC-nin “Balans” hesabatına əsasən bildirir ki, cəmi aktivlər hesabat dövrü ərzində ötən ilə nəzərən 11,01% azalaraq 93 min 45 manata enib, cəmi kapital isə hesbat dövründə 62 min 322 manat təşkil edib.
“Xətai Təchizat” ASC-nin vəziyyəti məlum olub – HESABAT
10:48
23 Noy 2018