Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.
«Morgan Stanley»: Ərdoğanın qələbəsindən sonra türk lirəsi 29% dəyər itirə bilər
FED.az xəbər verir ki, bu gün birjalarda (Bakıda vaxtı ilə saat 09:40-da) Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 20,9069 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,47% dəyər itirib. Son bir ayda isə lirə 7% ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 20.7529 TL, satış üzrə 20.7903 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 2-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0814 manata ticarət edilir. (Apa)