Ötən il Azərbaycana Rusiyadan fiziki şəxslərin pul köçürmələrinin həcmi 496 milyon 753 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 550 milyon 770 min ABŞ dolları və ya 2 dəfə azalıb.
Xatırlatma üçün bildirək ki, 2023-cü lldə Azərbaycana Rusiyadan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 1 milyard 47 milyon 523 min ABŞ dolları olub.
Hesabat ilində Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 45,9% təşkil edib. 2023-cü ildə isə bu göstərici 63,3% idi.