«Azərpoçt» Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib.
Eləcə də bax: “Azərpoçt” Rusiyadan pul köçürmələri üçün alternativ kanal - TƏQDİM EDİB
FED.az xəbər verir ki, «Azərpoçt» MMC ilə «Azərbaycan Beynəlxalq Bankı – Moskva» MMC-nin (ABB–Moskva) dəstəyi ilə Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.
Yeni üsula əsasən, Rusiyadan Azərbaycana pulları «Granat» pulköçürmə sistemi vasitəsilə göndərmək mümeündür. Bu sistem «Azərpoçt»da tətbiq edilib və yerli vətəndaşlar Rusiyadan Azərbaycana köçürülən pulları respublika ərazisindəki poçt şöbələrindən ala biləcəklər.
İlkin mərhələdə «Granat» pulköçürmə sistemi vasitəsilə Rusiyadan göndərilən pulları Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə rayon mərkəzlərində fəaliyyət göstərən poçt mərkəzlərində almaq mümkün olacaq. Digər poçt şöbələrinin də bura daxil edilməsi tələbatdan asılı olacaq.
«Granat” pulköçürmə sistemi Rusiyada əlçatandır: Rusiya ərazisində yerləşən «ABB – Moskva» məntəqələri və «Granat» mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul göndəmək mümkündür.
Bununla yanaşı, qaydalara görə, Rusiiyadan göndərilən pulu yalnız manat formasında almaq mümkün olacaq. «Granat» pulköçürmə sisteminin saytında pulların rublla göndərilməsi və digər tərəfdən rubl, dollar, avro və manatda almaq imkanının olması göstərilsə də , «Azərpoçt»dan FED.az-a bildirilib ki, Azərbaycan tərəfində yalnız manatla ödəniş ediləcək.
Yeni üsulla Rasiyadan göndərilən vəsaitləri bu poçt məntəqələrində almaq mümkündür:
Poçt şöbəsi Şəhər
AZ1000 Bakı
AZ1017 Bakı
AZ1002 Bakı
AZ1044 Bakı
AZ 0100 Abşeron
AZ 0200 Ağdam
AZ 0300 Ağdaş
AZ 0400 Ağcabədi
AZ 0500 Ağstafa
AZ 0600 Ağsu
AZ 0700 Astara
AZ 0800 Balakən
AZ 0900 Bərdə
AZ 1200 Beyləqan
AZ 1300 Biləsuvar
AZ 1400 Cəbrayıl
AZ 1500 Cəlilabad
AZ 1600 Daşkəsən
AZ 1700 Şabran
AZ 1800 Şirvan
AZ 1900 Fizuli
AZ 2000 Gəncə
AZ 2100 Gədəbəy
AZ 2200 Goranboy
AZ 2300 Göyçay
AZ 2400 Hacıqabul
AZ 2500 Göy – göl
AZ 2700 Xaçmaz
AZ 2800 Xocavənd
AZ 3000 İmişli
AZ 3100 İsmayıllı
AZ 3300 Kürdəmir
AZ 3400 Qax
AZ 3500 Qazax
AZ 3600 Qəbələ
AZ 3700 Qobustan
AZ 3800 Qusar
AZ 4000 Quba
AZ 4200 Lənkəran
AZ 4300 Lerik
AZ 4400 Masallı
AZ 4500 Mingəçevir
AZ 4600 Naftalan
AZ 4700 Neftçala
AZ 4800 Oğuz
AZ 4900 Saatlı
AZ 5000 Sumqayıt
AZ 5100 Samux
AZ 5200 Salyan
AZ 5300 Siyəzən
AZ 5400 Sabirabad
AZ 5500 Şəki
AZ 5600 Şamaxı
AZ 5700 Şəmkir
AZ 5900 Tər-tər
AZ 6000 Tovuz
AZ 6100 Ucar
AZ 6200 Zaqatala
AZ 6300 Zərdab
AZ 6500 Yardımlı
AZ 6600 Yevlax
AZ 8000 Xızı