Moskva birjasında avronun məzənnəsi (EUR/RUB) 0,67 rubl və ya 0,68% düşərək 97,98 rubl olub. Avropa valyutası əvvəlki dəfə fevralın 15-də bu səviyyədə ticarət edilib.
Dollar/Rubl məzənnəsi (USD/RUB) 0,35 rubl və ya 0,39% ucuzlaşaraq 90,16 rubla düşüb. Eyni zamanda, yuanın məzənnəsi bir ayda ilk dəfə 12,5 rubldan aşağı düşüb.
FED.az xəbər verir ki, Rubla strateji dəstəyi - Rusiya Bankının sərt monetar siyasəti, eləcə də prezidentin fərmanı çərçivəsində ixracatçılar tərəfindən valyuta gəlirlərinin satılması təmin edir.
Analitiklər yaxın gələcəkdə dolların rubla qarşı məzənnəsinin 90-93 rubl diapazonunda qalacağını gözləyirlər. Mart ayında Hindistana tədarükün bərpası ilə əlaqədar Rusiya büdcəsinin yenidən neft və qaz gəlirləri əldə edəcəyi ehtimal edilir, ona görə də qarşıdakı ayda rubla təzyiqin artacağı ehtimalı yoxdur.