Rusiya Turizm Agentlikləri Birliyi (ATOR) 6 noyabrdan etibarən Türkiyəyə səyahətdə qiymətlərin dollar əvəzinə avro ilə hesablanacağını açıqlayıb.
“Posta”nın yazdığına görə, valyuta dəyişikliyinin qiymətlərdə ciddi artıma səbəb olmayacağı bildirilib.
Lakin, 2019-cu ilin yazından etibarən qiymətlərdə 15 faizlik bahalaşmanın olacağı gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları aralığında Türkiyəyə 5,2 milyon rus turist səyahət edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir