Azərbaycanda 2021-ci ildə ümumi dəyəri $4 mlrd. olan nəqliyyat xidmətlərinin 60.5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.
Eləcə də bax: Azərbaycanın turizm xidmətləri balansında ötən il 300 mln dollar - KƏSİR YARANIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.
Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri $2.4 mlrd., qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə $1.6 mlrd. təşkil etmişdir.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 12.7%, idxalı isə 20.2% artmışdır.
Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ildə $0.3 mlrd. olan profisit, 2021-ci ildə $0.8 mlrd.-a (2.4 dəfə artım) yüksəlmişdir. 2021-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 22.1% azalaraq 0.9 mlrd. təşkil etmişdir.