Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 mart tarixinə ümumi 159 552,2 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondu bildirir.
Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 620,3 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, 2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5% artaraq 62 740,2 mln. ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib. (Apa)