Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 745 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Mərkəzi Bankın valyuta ehtiyatları 21%-ə yaxın artıb
FED.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Təkcə sentyabrda isə ARDNF-in valyuta satışının məbləği 732,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 4,45 dəfə çoxdur.